"Rusiya sülh danışıqlarının aparılmasında maraqlı deyil" - BLİNKEN

5 Dekabr 2022 00:27 (UTC+04:00)

Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəyə son qoymaq üçün sülh danışıqlarının aparılmasında maraqlı deyil. SİA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski “sülh formulu” təklif etdikdən sonra Rusiya dövlət başçısı Vladimir Putin öz aqressiyasını “iki və üç dəfə artırıb”.