Çaya girən zəvvarlar qəfil gələn selə düşüb - ölənlər var

5 Dekabr 2022 00:15 (UTC+04:00)

Cənubi Afrikada dini ayin icra etmək üçün çaya girən zəvvarlar qəfil gələn selə düşüb. SİA BBC-ə istinadən xəbər verir ki, hadisə Yohannesburq şəhərində baş verib.

Keşişlə bərabər suya girən 30 xristian dini ayin yerinə yetirərkən su altında qalıb. Onlardan 9-u ölüb, 8 nəfəri isə itkin düşüb.