Ukrayna ordusu bu gün Rusiyanın daha bir Ka-52 helikopterini vurub. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
"Bu gün saat 14:00 radələrində "Vostok" Hərbi Hava Komandanlığının Dneprovsk zenit-raket briqadasının bölməsi düşmənin Ka-52 helikopterini vurub" , - deyə açıqlamada bildirilib.
Bu günə olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bəri Rusiyanın 263 helikopterini məhv edib.