İngiltərə və Seneqal yığmalarının start heyətləri bəlli olub

4 Dekabr 2022 22:46 (UTC+04:00)

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində üz-üzə gələcək İngiltərə və Seneqal yığmalarının start heyətləri bəlli olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İngiltərə millisinin start heyətində Cordan Pikford, Kayl Uolker, Luk Şou, Deklan Rayz, Con Stounz, Herri Maquayr, Cordan Henderson, Harri Keyn, Bukayo Saka, Fil Foden və Cud Bellingem yer alıblar.

Seneqal yığmasının heyətində isə meydana Eduard Mendi, Pate Siss, Bulaye Dia, Abdu Diallo, Nampali Mendi, İsmail Yakobs, Krepin Diatta, Kalidu Kulibali, İliman Ndiaye, İsmaila Sarr və Yussuf Sabali çıxacaqlar.

“Əl Beyt” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi salvadorlu İvan Barton olacaq. Matçın qalibi dörddəbir finalda Fransa seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.