Fransa millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
SİA-nın əldə etdiyi məlumata görə, Didye Deşamın rəhbərlik etdiyi kollektiv 1/8 finalda Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.
"Xoruzlar"dan qolları 44-cü dəqiqədə Olivye Jiru, 74 və 90+1-ci dəqiqələrdə Kilian Mbappe vurub. Polşalıların təsəlli qoluna isə matçın əsas vaxtına əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Robert Levandovski imza atıb.
19:00. Fransa - Polşa - 3:1
Qollar: Olivye Jiru, 44 (1:0), Kilian Mbappe, 74 (2:0), 90+1 (3:0), Robert Levandovski, 90+9 (3:1)
Qeyd edək ki, Fransa yığması növbəti mərhələdə İngiltərə - Seneqal görüşünün qalibi ilə qarşılaşacaq.