Rusiyada yaşayış binasında partlayış baş verib, ölənlər var

4 Dekabr 2022 18:42 (UTC+04:00)

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində yaşayış binasında partlayış olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Mir küçəsində baş verib. Qaz balonunun parlaması nəticəsində binanın iki girişində dağıntılar var.

İlkin məlumata görə, iki nəfər həlak olub, üç nəfər xəsarət alıb. Dağıntılar altında sakinlərin olduğu bildirilir.