Şəhriyar “Tata Steel” turnirində bürünc medal qazanıb

4 Dekabr 2022 18:28 (UTC+04:00)

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel” turnirinin blits yarışında üçüncü yeri tutub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təmsilçimiz 18 turda 9,5 xal toplayıb. Turnirin qalibi 12,5 xalla Hindistan şahmatçısı Arjun Erigaisi olub.