Gəncədə evdə qaz balonu partladı - xəsarət alan var

4 Dekabr 2022 14:25 (UTC+04:00)

Gəncədə evədə partlayış baş verib. SİA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1981-ci il təvəllüdlü Günay Ələkbərova bədənin müxtəlif hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, 41 yaşlı qadın yaşadığı evdə qaz balonunun patlaması nəticəsində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.