Hindistanda 6 nəfər ölüb, 3 nəfər yaralanıb

4 Dekabr 2022 14:16 (UTC+04:00)

Hindistanın Çatişqarh ştatında daha bir mədənin çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb. SİA xəbər verir ki, hadisə Çatişqarh ştatının Bastar rayonunun Malqaon kəndində baş verib.

Axtarış-xilasetmə dəstələrinin həyata keçirdiyi əməliyyat nəticəsində 5 nəfərin cəsədi tapılıb. Xəsarət alan 4 nəfərdən biri xəstəxanada dünyasını dəyişib.

Hadisə zamanı ölən 6 nəfərdən 5-nin qadın olduğu bildirilib. Yerli hakimiyyət orqanları həyatını itirənlərin ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.

Qeyd edək ki, adıçəkilən bölgədə ötən gün baş verən mədən qəzasında 7 nəfər dünyasını dəyişib.