DÇ-2022: Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub - YENİLƏNİB

4 Dekabr 2022 00:57 (UTC+04:00)

Argentina millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb. SİA-nın məlumatına görə, Lionel Skaloninin baş məşqçi olduğu komanda 1/8 finalda Avstraliyanı 2:1 hesabı ilə məğlub edib.

Cənubi Amerika təmsilçisinin qollarını 35-ci dəqiqədə Lionel Messi, 57-ci dəqiqədə Julian Alvares vurub. Avstraliya yığmasının heyətində Kreyq Qudvin 77-ci dəqiqədə fərqlənib.

Komanda 1/4 finalda Niderlandla üz-üzə gələcək. Matç dekabrın 9-da baş tutacaq.