İran XİN başçısı Quterreşlə danışıqlar apardı

4 Dekabr 2022 03:28 (UTC+04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb. SİA xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli, regional və beynəlxalq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Abdullahian Ukraynadakı hadisələrlə bağlı İranın mövqeyini təqdim edib, hadisələrin NATO-nun genişlənmə siyasətindən qaynaqlandığını qeyd edib.

BMT-nin baş katibi də öz növbəsində dialoqun vacibliyini vurğulayıb.