Ukraynalı futbolçu Türkiyə klubundan ayrıldı

4 Dekabr 2022 03:11 (UTC+04:00)

"Adana Demirspor" futbolusu Yaroslav Rakitski ilə yolları ayırıb. SİA klubun saytına istinadən xəbər verir ki, ukraynalı müdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Y.Rakitski bu ilin iyulunda Türkiyə Superliqası təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. O, bu klubda 8 matçda 1 qolun ötürməsini vermişdi.