"21 şüa qəbul etdim" - MÜĞƏNNİ

4 Dekabr 2022 03:50 (UTC+04:00)

"İndi vəziyyətim yaxşıdır. Demək olar ki, xəstəliyini böyük bir qismi geridə qaldı. Hazırda müalicə olunuram. Hələ 5 il də bu müalicə davam etməlidir". SİA xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni deyib. "Zaurla Günaydın" verilişinə dəvət olunan sənətçi 21 şüa qəbul eydiyini etiraf edib: "Məndə xəstəlik sinə tərəfdədir. Əsasən şüa qəbul edirdim. Bu günə qədər 21 şüa götürdüm. Hər gün 5 dəqiqə şüa qəbul edirdim. Orada məndən başqa xəstələr də var idi. Baxırdım ki, ən yüngül xəstəlik məndədir".

Xatırladaq ki, bu ilin iyulun 28-də Zeynəb Həsənidə xərçəng xəstəliyi aşkarlanıb. O, Türkiyədə əməliyyat olunub.