Bəhram Bağırzadə Nusret Gökce ilə görüşdü

4 Dekabr 2022 02:37 (UTC+04:00)

Əməkdar artist Bəhram Bağırzadə Dohada türkiyəli aşpaz Nüsrət Gökce ilə görüşüb. SİA xəbər verir ki, o, bu barədə instaqram hesabında bildirib. Bağırzadə illərdir Nusretlə görüşmək aruzusunda olduğunu qeyd edib:

"İllərdir ki, Nüsrətlə görüşmək arzusunda idim və həmin gün gəldi. Onunla Dohada görüşdüm və Almaniya - İspaniya maçından əvvəl dadlı ərəb yeməkləri yedim. Nüsrət, sizinlə tanışlığıma şad oldum".