Kolumbiyada maska rejimi yenidən qayıdıb

4 Dekabr 2022 02:10 (UTC+04:00)

Kolumbiyada maska rejimi yenidən qayıdıb. SİA xəbər verir ki,Kolumbiya Səhiyyə Nazirliyi ölkədə COVID-19-a yoluxanların sayının artmasını nəzərə alaraq maska taxmağı məcburi qayda kimi yenidən tətbiq etdiyini açıqlayıb.

Bununla bağlı Kolumbiyanın səhiyyə naziri Karolina Korço açıqlama verib.

O bildirib ki, açıq və qapalı yerlərdə iki yaşdan yuxarı olanlar üçün maska taxmaq vacib hal alacaq.