Almaniyada peyvənd əvəzinə duzlu su vuruldu

4 Dekabr 2022 01:17 (UTC+04:00)

Almaniyada 8000 xəstəyə koronavirus peyvəndi əvəzinə duzlu su vuran saxta tibb bacısı ilə bağlı məhkəmə qərarı verilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı tibb bacısının Almaniyada etdiyi hərəkətlər ölkə gündəmini zəbt edib.

Mart və aprel 2021-ci il tarixləri arasında tibb bacısı xəstəxana, təhsil işçiləri və yaşı 70-dən yuxarı olan həkimlər daxil olmaqla təxminən 8000 xəstəyə BioNTech Pfizer peyvəndi əvəzinə duzlu su yeridib.

Hadisənin üstü açıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan tibb işçisi həbs edilib.