Moskvada qəzada 13 nəfər yaralandı

4 Dekabr 2022 01:10 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvanın Lyublinskaya küçəsində ağır yol qəzası baş verib. SİA xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

Məlumata görə, sürücünün idarəetməni itirməsi səbəbindən avtobus işıqlandırma qülləsinə çırpılıb.

Hadisə nəticəsində 5-i uşaq olmaqla 13 nəfər yaralanıb.