Pakistanda polislərə silahlı hücum olub

4 Dekabr 2022 01:03 (UTC+04:00)

Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimalında yerləşən Noşera bölgəsində patrul xidməti həyata keçirən polislər atəşə tutulub. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı üç polis əməkdaşı öldürülüb. Rəsmilər hücum edənlərin kim olduğu barədə məlumat verməyib.

"Təhrik-e-Taliban Pakistan" terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.