Putin Donbasa səfər edəcək

4 Dekabr 2022 00:04 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Donbasa səfər edəcək, lakin səfərin dəqiq tarixi hələ məlum deyil. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, prezident zamanı gələndə bölgəyə səfər edəcək.

“Zamanı gələndə bu baş verəcək, bura Rusiya Federasiyasının bir bölgəsidir”, - Peskov vurğulayıb.