Çin İranda baş konsulluq açır

3 Dekabr 2022 23:22 (UTC+04:00)

İranın Bəndər-Abbas şəhərində Çinin baş konsulluğu açılacaq. SİA xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilir ki, Bəndər-Abbasda Çin baş konsulluğunun yaradılması üçün ilkin şərtlər yerinə yetirilib.

Rəsmilər konsulluğun açılmasının əlaqələrin yaxşılaşdırılmasını sürətləndirəcəyinə ümid etdiklərini bildiriblər.