İranda 9 nəfər həbs edilib

3 Dekabr 2022 23:39 (UTC+04:00)

İranda əhalini etiraz aksiyalarına çağıran 9 nəfər həbs edilib. SİA xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Rəsmi İRNA agentliyinin məlumatına görə, Fars əyalətinin prokuroru deyib ki, əhalini sosial şəbəkə vasitəsi ilə nümayişə çağıran xariclə əlaqəsi olan 9 nəfər saxlanılıb. Onların xarici dairələrdən təlimat aldığı bildirilir. Prokurorluq saxlanılan şəxslərdən partlayıcı maddə götürüldüyünü də bildirib.