“Bayraktar Kızılelma” ilk uçuşunu edib

3 Dekabr 2022 23:20 (UTC+04:00)

Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçuşunu həyata keçirib. SİA xəbər verir ki, bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar özünün tviter səhifəsində məlumat verib.

Qeyd edək ki, “Bayraktar Kızılelma” ilk dəfə avqustda Samsunda keçirilən “Teknofest-2022” festivalında təqdim olunub.