Messi karyerasında 1000-ci oyununa çıxıb

3 Dekabr 2022 23:12 (UTC+04:00)

Argentina millisinin futbolçusu Lionel Messi peşəkar karyerasında 1000-ci oyununa çıxıb. SİA-nın məlumatına görə, 35 yaşlı hücumçunun yubileyi Qətərdə keçirilən dünya çempionatında Avstraliya ilə 1/8 final mərhələsinin matçına təsadüf edib.

Təcrübəli forvard İspaniya "Barselona"sında 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydanda olub.

Qeyd edək ki, Argentina - Avstraliya qarşılaşmasında hələlik hesab açılmayıb.