Moskvanın mərkəzində bina yanıb

3 Dekabr 2022 22:45 (UTC+04:00)

Moskvanın Tsvetnoy bulvarında baş verən yanğınla əlaqədar binadan restoran müştəriləri təxliyə edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

“Tsvetnoy bulvarı 2 ünvanındakı binada yerləşən restoranda yanğın olub, restorana gələn bütün qonaqlar təxliyə edilib”, -deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, birinci mərtəbədən qatı qara tüstü görünməkdədir. Hazırda yanğınsındürənlərlə yanaşı, təcili xidmət də yerindədir.

Nazlı