Rusiya Ukraynadan ən azı 1 milyard dollar dəyərində taxıl aparıb

3 Dekabr 2022 22:37 (UTC+04:00)

Rusiya Ukraynadan ən azı 1 milyard dollar dəyərində taxıl ixrac edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu Amerika Kosmik Agentliyinin beynəlxalq ərzaq təhlükəsizliyinə həsr olunmuş layihəsi olan NASA Harvest-ə istinadən bildirilib.

Beləliklə, onun sözlərinə görə, Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində 6 milyon tona yaxın buğda yığılıb. İndi rus qoşunları bütün Ukrayna buğdasının təxminən dörddə birinin yetişdirildiyi əraziləri işğal ediblər. Belə ki, Rusiya hələ oktyabrın əvvəlində bu ərazilərin ilhaqını elan edib. Xatırlayırsınızsa, bundan əvvəl 2014-cü ildə Krım ilhaq edilib.

İşğaldan azad olan Ukrayna ərazisində bu il 26 milyon tondan çox buğda yığılıb ki, bu da proqnozlaşdırılandan çoxdur.

Aparılan təhqiqatlara görə, Rusiya gəmiləri Ukraynadan müxtəlif ölkələrə, o cümlədən Liviya və İrana xeyli taxıl ixrac edib. Lakin ruslar taxılın mənşəyini gizlətməyə çalışdıqları üçün belə daşımaların həcmini təxmin etmək hələ ki, mümkün deyil.

Yeri gəlmişkən, Ukrayna və Rusiya dünyanın beş ən böyük taxıl ixracatçılarından biridir. Qeyd edək ki, 2021-ci ildə Ukrayna 12,4 milyard dollar dəyərində taxıl ixrac edib. Amma bu il müharibə praktiki olaraq dəniz yolu ilə məhsulların ixracını dayandırıb. Nəzərinizə çatdıraq ki, iyul ayında Moskva müəyyən tərəddüdlərlə üç Ukrayna limanından ərzaq ixracına icazə verməyə razılaşdı. Noyabr ayında isə taxıl müqaviləsi deyilən müddət uzadıldı.

Xatırladaq ki, Ukrayna dəfələrlə Rusiyanı işğal olunmuş ərazilərdən taxıl oğurlamaqda ittiham edib.

Ağasəf Babayev