İranda daha bir AES inşa edilir

3 Dekabr 2022 22:28 (UTC+04:00)

İranın Xuzestan əyalətində yeni AES-in tikintisi başlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, təməlqoyma mərasimində vitse-prezident Məhəmməd Eslami də iştirak edib.

İnşaatı 8 ilə tamamlanacaq AES-də istilik daşıyıcısı olaraq sudan istifadə ediləcək. Lahiyənin dəyəri 2 milyard dollardır.