Solovyovdan xəbərdarlıq...

3 Dekabr 2022 21:38 (UTC+04:00)

ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı bir qrup Amerika “F-15 Eagle” qırıcısının Polşanın Lask şəhərindəki aviabazasına gəldiyi barədə məlumat verib.

Qırıcıların Böyük Britaniyadakı Leykenxit aviabazasından Polşanın mərkəzi hissəsinə köçürüldüyü dəqiqləşdirilir. Komandanlığın mesajında ​​deyildiyi kimi, Polşada hava qrupu "NATO-nun şərq cinahında mühafizə əməliyyatlarına başlayacaq".

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl rotasiya çərçivəsində İtaliyanın “Eurofighter” qırıcıları NATO təyyarələrinin Qara dəniz bölgəsində patrul apardığı Rumıniyadakı Mixail Koqelniçanu aviabazasında Kanadanın “CF-18”-lərini əvəz ediblər.

O gün mən də Solovyovun, rusların tezliklə Rumıniyadakı aviabazaları da bombalayacağı xəbərindən ehtiyatlanmışdım.

Ağasəf Babayev