19 yaşlı hamilə xəstəxanada ölüb

3 Dekabr 2022 21:08 (UTC+04:00)

Salyanda hamilə xəstəxanada dünyasını dəyişib.

SİA APA-ya istinadən xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 2003-cü il təvəllüdlü Çobanova Gülyanaq Cəlal qızı Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, 26-27 həftəlik hamilə xəstəxanaya gətirilərkən anomal vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.