Şoyqu Lukaşenko ilə görüşəcək

3 Dekabr 2022 20:19 (UTC+04:00)

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Belarus liderinin mətbuat xidməti yayıb.

Mətbuat xidmətinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəhbəri artıq Minskdəki Müstəqillik Sarayına gəlib. Yayımlanan fotoda Şoyqunu Belarusun müdafiə naziri Viktor Xrenin müşayiət etdiyi görünür.

Qeyd edək ki, bundan əvvəl Şoyqunun Xreninlə danışıqlar aparmaq üçün Minskə gəldiyi bildirilirdi. Deyilənlərə görə, müdafiə idarələrinin rəhbərləri ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə etməyi planlaşdırıblar.

Görüş zamanı rusiyalı nazir qeyd edib ki, Belarus Rusiyanın etibarlı tərəfdaşı olaraq qalır və bu, kollektiv Qərbin görünməmiş təzyiqləri qarşısında xüsusilə vacibdir.

Ağasəf Babayev