Azərbaycanda koronavirusa yoluxmada ölüm halı qeydə alınmayıb

3 Dekabr 2022 19:49 (UTC+04:00)

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusa yoluxma halı ilə əlaqədar ölüm hadisəsi qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 min 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 211 nəfər müalicə olunaraq sağalıb, 9 min 983 nəfər vəfat edib. Aktiv xəstə sayı 258 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1678, bu günə qədər isə ümumilikdə 7 milyon 380 min 526 test icra olunub.