Sandu ölkənin sağ qalmasının yeganə yolunu göstərdi

3 Dekabr 2022 19:36 (UTC+04:00)

Moldovanın sağ qalması üçün yeganə yol Avropa Birliyinə daxil olmasıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Yaponiyanın “NHK” telekanalına müsahibəsində prezident Maya Sandu bildirib.

Onun fikrincə, Avropa İttifaqının bir hissəsi kimi Moldova iqtisadi inkişaf üçün daha çox imkanlar əldə edəcək və daha təhlükəsiz olacaq. Ölkənin NATO-ya daxil olması perspektivlərinə gəlincə, Dnestryanıda Rusiya sülhməramlılarının mövcudluğu hələlik buna mane olur,

Qeyd edək ki, dekabrın 3-də Baş nazir Fumio Kişida Tokioda keçirilən WAW!2022 Dünya Qadınlar Assambleyası çərçivəsində Moldova Prezidenti ilə görüşüb.

Verilən məlumata görə, Yaponiya Kişinyova 27 milyon dollar məbləğində yardım vəd edib.

Ağasəf Babayev