Niderland hesabı açıb - Yenilənir

3 Dekabr 2022 19:15 (UTC+04:00)

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i başlayıb.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlir. "Xəlifə" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Günün diəgr matçında isə Argentina və Avstraliya yığmaları üz-üzə gələcək. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Niderland - ABŞ cütünün qalibi 1/4 finalda Argentina - Avstraliya cütünün güclüsü il qarşılaşacaq.

3 deakbr

DÇ-2022, 1/8 final

19:00. Niderland - ABŞ - 1:0 (Birinci hissə)

Qol: Memfis Depay, 10

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Xəlifə" stadionu

23:00. Argentina - Avstraliya

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Əhməd ibn-Əli" stadionu