Britaniya polisi rus iş adamını tutub

3 Dekabr 2022 19:08 (UTC+04:00)

Britaniya polisi Londonda çirkli pulların yuyulmasında ittiham olunan 58 yaşlı rusiyalı iş adamını saxlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ingilis nəşrləri yazır.

İngilis nəşrlərin məlumatına görə, adı açıqlanmayan iş adamı Londondakı evində saxlanılıb.

Rus saytlarının yazdığına görə, sahibkar təkcə çirkli pulların yuyulmasında deyil, həm də yalan şahidlik etməklə Britaniya Daxili İşlər Nazirliyini aldatmaq üçün sui-qəsddə ittiham olunur.

Xatırladaq ki, hələ oktyabrın 19-da ABŞ Ədliyyə Departamenti İtaliyada Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğlu Artyom Ussun sanksiyalardan yayınma və çirkli pulların yuyulması işi ilə bağlı həbs edildiyini açıqlamışdı.

Qeyd edək ki, Artyom Uss hələ də günahsız olduğunu bəyan edir.

Ağasəf Babayev