Dağıstanda Xəzər sahilində 700 suiti leşi aşkar olunub

3 Dekabr 2022 18:48 (UTC+04:00)

Xəzər dənizinin Dağıstan Respublikası ərazisindəki sahilində 700 suiti leşi aşkar olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federal Balıqçılıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, Mahaçqala şəhərinin Kirov rayonu ərazisində Xəzər sahilində 700-ə qədər suiti leşi aşkar edilib. Mütəxəssislər məhv olmuş suitilərin sayının arta biləcəyini ehtimal edirlər.

Dəniz heyvanlarının hansı səbəbdən məhv olduğu müəyyən etmək üçün hazırda laboratoriya tədqiqatları aparılır.