İran hakimiyyəti ölü sayının cəmi 200 nəfər olduğunu deyir

3 Dekabr 2022 18:39 (UTC+04:00)

İranda sentyabrın ortalarından bəri davam edən iğtişaşlar zamanı 200-dən çox adam ölüb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu İranın Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

RBC-nin məlumatına görə, Şura öz bəyanatında yuxarıda qeyd olunan iğtişaşlar nəticəsində 200-dən çox insanın öldüyünü göstərən araşdırmalara istinad edir. Qeyd edək ki, bir müddət bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Sərdar Hacızadə ölənlərin sayının 300 olduğunu bildirmişdi.

Eyni zamanda İran İnsan Haqları insan haqları təşkilatı 29 qadın və 60 uşaq olmaqla azı 448 nəfərin öldürüldüyünü iddia edib.

Amma insan haqları təşkilatı olan “Human Rights” iğtişaşların başladığı gündən İranda 29 qadın və 60 uşaq olmaqla ən azı 448 nəfərin öldürüldüyünü iddia edir.

Ağasəf Babayev