Hazard karyerasını Belçika millisində başa vura bilər

3 Dekabr 2022 18:19 (UTC+04:00)

“Marca” xəbər verir ki, Belçikanın kapitanı Eden Hazard milli komandadakı karyerasını başa vura bilər. Futbolçu hələ də millidən ayrılmaq qərarına baxır. Etibar etdiyi insanlarla məsələni müzakirə edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Hazard Belçika millisinin heyətində 126 oyuna çıxıb.