Sağlamlıq imkanları məhdud 207 uşaq inklüziv təhsilə cəlb olunub

3 Dekabr 2022 17:37 (UTC+04:00)

Azərbaycanda 2022-2023-cü tədris ilində sağlamlıq imkanları məhdud 207 uşaq inklüziv təhsilə cəlb olunub. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, onlar 22 ümumi təhsil müəssisəsində inklüziv siniflərdə təhsil alırlar.