Kristian Sebalyos Premyer Liqanın XVI turunda “Şamaxı” ilə oyunda qırmızı vərəqə alıb

3 Dekabr 2022 17:36 (UTC+04:00)

“Sabah”ın futbolçusu Kristian Sebalyos Premyer Liqanın XVI turunda “Şamaxı” ilə oyunda qırmızı vərəqə alıb. SİA-nın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi matçın 25-ci dəqiqəsində rəqibin futbolçusu Kamran Quliyevin sifətinə zərbə vurduğu üçün meydandan qovulub.

Qeyd edək ki, “Sabah” 10 nəfərlə qaldığı görüşdə 1:0 hesabı ilə öndədir.