''Terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik''

3 Dekabr 2022 17:38 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin cənub sərhədləri boyunca yaratdıqları təhlükəsizlik zolağının mütləq tamamlanacağını və terror dəhlizinin yaradılmasına imkan verməyəcəklərini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Prezident Ərdoğan Şanlıurfada təşkil edilən açılış mərasimində terrorla mübarizəyə toxunub.
Rəcəb Tayyib Ərdoğan deyib: "Sərhədlərimizdən kənarda yetişdirdikləri terror təşkilatı hər fürsətdə ölkəmizə hücum edir. Bu gün öz siyasi, iqtisadi və hərbi baxışlarını müəyyən edən, bölgəsində və dünyada söz sahibi olan Türkiyə var''.

Terrorla mübarizə məsələsində qətiyyətli olduqlarını və terror dəhlizinin yaradılmasına imkan verməyəcəklərini vurğulayan Ərdoğan deyib:"Cənub sərhədlərimizdə qurduğumuz 30 kilometrlik təhlükəsizlik zolağını mütləq tamamlayacağıq. Heç kim təhlükəsizliyimizi təhdid edə bilməz, biz buna imkan verməyəcəyik”.