Şırnakda üç PKK terrorçusu zərərsizləşdirilib

3 Dekabr 2022 17:30 (UTC+04:00)

Türkiyənin Şırnak şəhərində həyata keçirilən əməliyyat nəticəsində separatçı terror təşkilatı PKK-nın 3 üzvü zərərsizləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyindən verilən açıqlamada ''Eren Abluka Payız-Qış-15'' əməliyyatı çərçivəsində Şırnakın Qabar dağı bölgəsində əməliyyat keçirildiyi bildirilib.
Daxili işlər naziri Süleyman Soylu rəsmi ''Twitter'' səhifəsində əməliyyatla bağlı paylaşım edib.
''Şırnakın Qabar dağı bölgəsində separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib'',-deyə Süleyman Soylu paylaşımında vurğulayıb.