Makron Putinlə qarşıdakı danışıqların mövzusunu açıqlayıb

3 Dekabr 2022 17:22 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron “TF1” telekanalının efirində MAQATE nümayəndələri ilə danışdıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, guya Ukraynanın nüvə enerjisi məsələlərini müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, Makron MAQATE-nin baş direktoru Rafael Qrossi ilə cari gündəliyi də müzakirə etməyi planlaşdırdığını vurğulayıb. Bundan sonra o, Vladimir Putinlə danışıqları planlaşdırır.

Fransalı prezidentin sözlərinə görə, danışıqlarda Ukraynadakı mülki nüvə enerjisi ilə bağlı vəziyyət müzakirə olunacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov olanlardan xəbərsiz olduğunu, yəni Makronun Putinlə telefon danışıqları üçün dəqiq tarixin müəyyən edilmədiyini bildirib.

Ağasəf Babayev