Son bir həftədə 743 qaçqın xilas edilib

3 Dekabr 2022 17:16 (UTC+04:00)

Türkiye Sahil Mühafizə Komandanlığı bir həftə ərzində 743 qaçqının xilas edildiyini açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Sahil Mühafizə Komandanlığı həyata keçirilən əməliyyatlarla bağlı açıqlama verib.
Sahil Mühafizəsi Komandanlığının nizamsız miqrasiya ilə mübarizə çərçivəsində 25 noyabr-1 dekabr tarixləri arasında həyata keçirdiyi əməliyyatlar nəticəsində 743 qaçqın xilas edilib.