Hindistanda mədən çöküb, ölən və yaralananlar var

3 Dekabr 2022 17:08 (UTC+04:00)

Hindistanın Çatişqarh ştatında mədənin çökməsi nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə Çatişqarh ştatının Bastar rayonunun Malqaon kəndində baş verib.
Axtarış-xilasetmə dəstələrinin həyata keçirdiyi əməliyyat nəticəsində 5 nəfərin cəsədi tapılıb. Xəsarət alan 4 nəfərdən biri aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə zamanı ölən 6 nəfərdən 5-nin qadın olduğu bildirilib.
Yerli hakimiyyət orqanları həyatını itirənlərin ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.