İpoteka və Kredit Zəmanət Fondu 42 minə yaxın kredit verib

3 Dekabr 2022 16:49 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 41 min 914 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 387 milyon 441 min 960 manatdır.