Gələn həftə “Azəriqaz” 4 rayonda sakinlərin müraciətlərini dinləyəcək

3 Dekabr 2022 17:03 (UTC+04:00)

Növbəti həftə (dekabrın 5-6 və 8-9 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. İB-dən SİA-ya bildirilib ki, aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı), 4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.