Görmə məhdudiyyətli insanlar üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanıb

3 Dekabr 2022 16:06 (UTC+04:00)

Görmə imkanları məhdud vətəndaşların rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılıb. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, səsləndirmə nağdsız ödəniş sisteminə inteqrasiya olunan, həmçinin müvafiq texniki imkanları olan avtobuslarda mərhələylə mümkün olacaq.