“Azəriqaz” növbəti həftə 4 rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək

3 Dekabr 2022 12:22 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti həftə (05-06.12.2022 və 08-09.12.2022 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Açıq mikrofon” aksiyaları keçiriləcək. SİA-nın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı), 4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.