Vladislav Kanevski Azərbaycan, Çin və Slovakiyaya təşəkkür edib - FOTOLAR

3 Dekabr 2022 09:16 (UTC+04:00)

Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan, Çin və Slovakiyaya təşəkkür edib. SİA xəbər verir ki, diplomat bunu feysbukda yazıb.

“Bu gün “Təmiz Ürək” Xeyriyyə Fondu ilə birlikdə İvano-Frankivsk bölgəsinin əhalisinin həssas təbəqələrinə və Kiyev bölgəsindən olan müharibə qurbanlarının ailələrinə ərzaq və gigiyena vasitələrinin təminatında köməklik göstərilib”, - o bildirib.

Səfir, həmçinin bunun çox böyük iş olduğunu xatırladıb.