Tanınmış aktrisa vəfat etdi

3 Dekabr 2022 05:34 (UTC+04:00)

Fransanın kino ulduzu, 88 yaşlı Milen Demonco vəfat edib. SİA xəbər verir ki, aktrisanın ölümü barədə yazıçı Henri-Cin Servat sosial şəbəkə hesabında məlumat yayıb. Onun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Demonconun filmoqrafiyasında yüzdən çox layihə var. 1961-ci ildə aktrisa Bernard Borderinin “Üç muşketyor” filmində Milad rolunu oynayıb, "Fantomas" trilogiyasında da rol alıb.