Sevgililərin mənzildə meyitləri tapılıb

3 Dekabr 2022 05:22 (UTC+04:00)

Türkiyədə sevgililərin mənzildə meyitləri tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə İstanbulun Kavaklı məhəlləsindəki binanın 3-cü mərtəbəsindəki mənzildə baş verib.

İddiaya görə, 20 yaşlı oğlan sevgilisini tapança ilə öldürdükdən sonra intihar edib.